Təbiətdən evinizə!

Mumla 2020-ci ilin mart ayında doğuldu. Missyası bizləri təbiətlə əl ələ, qucaq qucağa, sevgi dolu bağlamaq idi. Mumla adının iki mənası var. Birinci mənası MUM-la yəni Mum ilə deməkdir. Arı pətəyi mumu ilə evlərimizi ruhumuzu işıqlandırmaq. ikinci mənası bir az neqativ səslənən mənadı. Mumla yəni sus mənasını ifadə edir. Amma əslində neqativi nəzərdə tutmur səssizliyi nəzərdə tutur. Susaraq sükutda bir birimizi anlamaq və qəlbləri dinləyə bilmək. Şəms Təbrizi demişkən “Sükutunda bir səsi var onu eşitmək üçün ürək lazımdı”. Mumla bizim ən çətin bir dövrümüzdə bizim qəlblərimizi eşitmək üçün gəldi bu dünyaya. Hər birimizin dəstəyi ilə sevgisi ilə xeyir duası ilə hər gün sevilərək böyüdü. Hər gün daha çox ürəyin qapısı üzünə açıldı.

Keramik şamdanlarımızda mumla Odlar yurdumuzu simvolizə edir! Yeni və daha minimalistik stildə olsada dəyişməz olan od simvolumuzdur. Şamdanımızın qapağındakı od şam sönülü olanda daim yanan şama bənzəyir. İlham mənbəyimiz – Vətənimiz daim yanan və sönməyən odlar diyarıdır! 4 təbiət üsürünü özündə birləşdirən ölkəmizin enerjisi Günəş kimi hər gün yüksəlir, parıldayır və işıq saçır. Vətənimizin torpaq ünsürü landşaftımız, qədim Qobustan və torpağımızın bərəkətidir. Su ünsürü Xəzərimiz, Arazımız, Kürümüz və bu sulardan gələn bərəkətdir. Hava ünsürümüz küləklər şəhəri Bakımız, İqlimimiz, İpək yolunun səmumudur ki, qədim dövrlərdən diyarları özündə birləşdirən bizim bərəkət yolumuz olub. Və nəhayət Od ünsürü bizim qədim inancımız və bu inancdan yaranan fəlsəfi və mənəvi inkişaf tariximiz Atəşpərəslikdən gələn oda sitayiş etməyimiz olubdur ki, bu torpaqlarda Yanar dağ kimi sönməz od yerdən çıxaraq daim enerji qaynağı yaratmışdır. Burdan gələn fəlsəfə ilə ölkəmiz odlar yurdu Azərbaycan adlandırımışdır. Mumlamız bütün bu ünsürləri özündə birləşdirərək sizin evinizdə işıq saçacaq. Enerjinizin daim yüksəklərdə olması diləyi ilə Mumladan sevgilərlə